Hüquq
15.03.2019 / 12:30

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıblar/ FOTO

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıblar/
Ötən ilin mayında ŞəmkirRayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən İnform.az-a verilən məlumata görə, dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindənümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş 46 yaşlı Əfqan Alyarov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları məişət əşyalarını satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıblar/


Şəmkirdə oğurluq edən şəxslər saxlanılıblar/




İnform.az

Baxış sayı: 28