Diaspora Akademiyası
15.03.2019 / 11:20

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib- Kölndə/Foto

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib-
Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasınıntəşkilatçılığı ilə bu ölkənin qərb bölgələrində yaşayan Azərbaycan icmasının toplantısı keçirilib.

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.Komitə sədri Azərbaycan diasporunun fəaliyyəti, diaspor hərəkatında yeni mərhələnin başlanması, görülən işlər və digər məsələlərlə bağlı çıxış edib.

Dövlət Komitəsinin son aylardakı fəaliyyətini əks etdirən videohesabat təqdim olunduqdan sonra Koordinasiya Şurasının gördüyü işlər, yaxın zaman üçün nəzərdə tutulan plan və proqramlar barədə məlumat verilib.

Komitənin Mətbat xidmətindən İnform.az-a verilən məlumata görə, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev qurumun fəaliyyətini təhlil edib.

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışılıb. Fondun fəaliyyət istiqamətləri haqqında icraçı direktor Elşad Əliyev məlumat verib.

Toplantıda müxtəlif təşkilatları təmsil edənAltay Rüstəmli, Emin Həsənov, Seyidbağır Ağayev, Naibə Hacıyeva, Samirə Patser İsmayılova, Xədicə Zeynalova, Lev İsmixanov, Mövsüm Hacıyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra diaspor rəhbərləri və Azərbaycan icmasının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib-


Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə toplantı keçirilib-



İnform.az


Baxış sayı: 67