Hərbi
13.03.2019 / 13:40

"Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirilib- Lənkəranda/Foto

"Şahin" hərbi-idman oyununun  rayon birinciliyi keçirilib-
Martın 12-də Lənkəranda Uşaq Gənclər İdman Şahmat Məktəbində "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

Bu barədə İnform.az-a Lənkəran Şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev tədbirin cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021- ci illərdə" Dövlət Proqramına müvafiq olaraq məktəblilərdə ilkin hərbi bilikləri inkişaf etdirmək, eləcə də onların milli vətənpərvər ruhda tərbiyə olunması məqsədilə keçirildiyini bildirib.

Daha sonra çıxış edən Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov "Şahin" hərbi-idman oyununun keçirilməsinin şagirdlərin hərbi-fiziki hazırlığı və vətənpərvərlik tərbiyəsi baxımından mühüm tədbir olduğunu bildirməklə iştirakçılara hərbi-idman oyununun qaydaları haqqında ətraflı məlumat verib.

Sonra tədbir əsasnaməyə uyğun olaraq mərhələlər üzrə davam edib.

Tədbirdə rayonun ümümtəhsil məktəblərinin "Şahin" komandaları müxtəlif mərhələlər üzrə çıxışlar ediblər.

Yekun qiymətləndirməyə görə Lənkəran şəhər 6 saylı tam orta məktəbin komandası I yeri, Ürgə kənd tam orta məktəbin komandası II yeri, Aşağı Nüvədi qəsəbə tam orta məktəbi komandası III yeri, Haftoni qəsəbə tam orta məktəbi isə IV yeri əldə edib.

Sonda qalib komandalar Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

"Şahin" hərbi-idman oyununun  rayon birinciliyi keçirilib-


"Şahin" hərbi-idman oyununun  rayon birinciliyi keçirilib-


"Şahin" hərbi-idman oyununun  rayon birinciliyi keçirilib-



İnform.az

Baxış sayı: 97