Baş xəbər, Elm-təhsil
13.03.2019 / 11:10

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kompaniyası davam edir/ FOTO

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kompaniyası davam edir/
Martın 11-də Lənkəran Şəhər Gənclər və idman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman İdman Nazirliyi tərəfindən Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kompaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.

İdarədən İnform.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edidikdən sonra respublikamızın ərazi bütövlüyü,vətən torpaqlarının qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vərtəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyıtinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı,Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyev, aprel döyüşləri qazisi Zamiq Əsgərov, Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Əbülfət Əliyev, Milli Qəhrəman atası Ələkbər Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirmişdir ki,tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi daşıyır.

Daha sonra çıxış edənlər: Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyıtinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyev, aprel döyüşləri qazisi Zamiq Əsgərov Milli Qəhrəman atası Ələkbər Əliyev və digərləri bildiriblər ki, tədbirin əsas mahiyyəti bu gün ki Azərbaycan gəncliyini milli dəyərlə bağlı və vətənpərvərlik ruhunda tərbiyə etmək ,dövlət tərəfindən bu sahədə həyata keçirilən siyasətə gəncləri fəal şəkildə cəlb etmək, gənc nəslə hərb tariximiz,döyüş ənənələrimiz,milli qəhrəmanlarımız haqqında geniş bilgilər verməklə maarifləndirmə işləri aparmaq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gənclərimizi hazırlamaqdır.

Sonda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyev,aprel döyüşləri qazisi Zamiq Əsgərov və digərləri mövzu ətrafında gəncləri maraqlandıran sualları cavablandırmaqla yanaşı Azərbaycan əsgərinin keçdiyi qəhrəmalıq yolu haqqında öz təəssüratlarını bölüşüblər.

Tədbirdə iştirak edən 200 nəfərə, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, eləcə də vətən uğrunda şəhid olmuş hərbçiləri haqqında hazırlanmış bukletlər paylanılıb.

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kompaniyası davam edir/


“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kompaniyası davam edir/



İnform.az

Baxış sayı: 105