Baş xəbər, Hüquq
13.03.2019 / 14:00

Fərqli ünvanlar, fərqli cinayətlər

Fərqli ünvanlar, fərqli cinayətlərNəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Ş.Ağazadə saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, ondan nömrəsi silinmiş "Varnan" markalı tapança və 2 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

**********

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məəlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülmüşdür. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

**********


Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayət görə məhkum olunmuş İ.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüblər.

Faktla bağlı cinayət işi başlanılıb.

***********


Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılıb.

***********

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, martın 12-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.



İnform.az

Baxış sayı: 120