Elm-təhsil
12.03.2019 / 20:05

27 mart-Elm günü NDU-da qeyd olunub FOTO

27 mart-Elm günü NDU-da qeyd olunub
Naxçıvan Dövlət Universitetində “27 mart-Elm günü”nə həsr olunan doktorant və dissertantlarla görüş olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Inform.az-a verilən mlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda “Elm günü” kimi təsis edilməsi haqda 2018-ci il 9 aprel tarixli Sərəncamını diqqətə çatdırıb.

Bildirilib ki, bu dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.

Rektor vurğulayıb ki, 1998-ci ildə universitetdə Dissertasiya şurası yaradılıb. 2018-2019-cu tədris ili ərzində elmlər doktoru üzrə5,fəlsəfə doktoru proqramı üzrə 7 doktorant, 27 dissertantın qəbul olduğu bildirilib.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalayıb. Akademik ötən fəaliyyət dövründə bölmə əməkdaşlarının 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olduğunu diqqətə çatdırıb. Naxçıvanda elm adamlarının çıxardığı elmi məqalələrin sayının 25000-ə çatdığı bildirilib.

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun professoru, AMEA-nın müxbir üzvüVəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, bu gün münasibətilə elm adamlarını təbrik edib.

Sonda dissertantların sualları cavablandırılıb, edilən təkliflər dəyərləndirilib.

27 mart-Elm günü NDU-da qeyd olunub



İnform

Baxış sayı: 41