Dünya
12.02.2019 / 13:35

Leninin mavzoleyi bağlanır

Leninin mavzoleyi bağlanır
Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədar Leninin mavzoleyi ziyarətçilərə bağlı olacaq.

Qeyd edək ki, mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.



İnform.az

Baxış sayı: 56