Mədəniyyət
12.02.2019 / 12:45

Tanınmış jurnalist Bəxtiyar Qaracaya yüksək vəzifə verildi

Tanınmış jurnalist Bəxtiyar Qaracaya yüksək vəzifə verildiAzərbaycan Televiziya və Radio Verilişləri QSC-də kadr və struktur dəyişikliklərinin davamı olaraq tanınmış jurnalist Bəxtiyar Qaraca yenidən Az TV-yə yüksək vəzifəyə dəvət alıb.

İnform.az azpress.az-a istinadən bildirir ki, o, yenicə yaradılan Müəllif Proqramları və Xüsusi layihələr Departamentinə rəhbər təyin olunub.

Qeyd edək ki, Bəxtiyar Qaraca M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra müxtəlif illərdə Azərbaycan Televiziyasında Gənclik. Uşaq. İdman Proqramlarının Baş redaktoru , “Azərbaycan” qəzetində şöbə müdiri vəzifələrində çalışıb.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Mətbuat tariximiz-istiqlal yolumuz” və “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən hazırlanan sənədli və bədii filmlərin (”Yerlə göy arasında”, rejissor Vaqif Mustafayev), “Bir az möhlət ver, Allah”, “Arazbarı” və s. kiçik filmlərin-kliplərin müəllifi və layihə rəhbəridir.

Azərbaycan Xalq Cümhuriiyyətinin 100 illiyilə bağlı nəşr olunan “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının müəllifidir ( jurnalist Akif Aşırlı ilə birgə).

Uzun illər Azərbaycan mətbuatında və televiziya məkanında maraqlı layihələri, filmləri ilə yaxşı tanınan Bəxtiyar Qaracanın bu yeni vəzifədə daha böyük uğurlara imza atacağına əminik.

İnform.az ailəsi olaraq biz də dəyərli dostumuzu təbrik edir, ona yaradıcılığında və şəxsi həyatında uğurlar və xoşbəxtlik arzulayırıq.



İnform.az

Baxış sayı: 68