Sosial, Elm-təhsil
12.02.2019 / 12:35

Ötən ay peşə kurslarını daha 242 nəfər bitirərək peşə sertifikatları alıb/ FOTO

Ötən ay  peşə kurslarını daha 242 nəfər bitirərək peşə sertifikatları alıb/
Onlardan artıq 50 nəfəri Xidmət tərəfindən işlə təmin edilib.

2018-ci ilin noyabr-dekabr ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilən 242 nəfər cari ilin yanvar ayı ərzində peşə təlimini uğurla başa çatdırıb. Onlardan 141 nəfəri qadınlardır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, onlara peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Kursları bitirən 142 nəfərdən artıq 50 nəfərinin Xidmət tərəfindən işlə təminatı həyata keçirilib.

Aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarının təşkili işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunması məqsədinə xidmət edir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər.

Ötən ay  peşə kurslarını daha 242 nəfər bitirərək peşə sertifikatları alıb/


Ötən ay  peşə kurslarını daha 242 nəfər bitirərək peşə sertifikatları alıb/


Ötən ay  peşə kurslarını daha 242 nəfər bitirərək peşə sertifikatları alıb/




İnform.az


Baxış sayı: 48