Hüquq
12.02.2019 / 12:10

Lənkəran sakinindən marixuana götürülüb

Lənkəran sakinindən marixuana götürülübLənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.



İnform.az




Baxış sayı: 52