Elm-təhsil
12.02.2019 / 10:50

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirib
Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib.

Seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmos-un nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, ali məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurla öz əməkdaşlığını davam etdirir. Rektor bildirib ki, BANM-ın tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar. Ali Məktəbin tələbələri Azərkosmosun təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər.

Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələsgərov və İsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər.

Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib.

Seminardan sonra Azərkosmos-un nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.


İnform.az

Baxış sayı: 35