Hüquq
11.02.2019 / 19:05

Sabirabadda su qurğularını oğurlayanlar saxlanılıblar

Sabirabadda su qurğularını  oğurlayanlar saxlanılıblarFevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1ədəd su qurğusunun oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan İnform.az-a verilən məlumata görə, ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.

Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib.

Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.


İnform.az



Baxış sayı: 453