Mənim polisim, Baş xəbər, Hüquq
12.02.2019 / 10:05

"Ötən gün ərzində 16 cinayətin üstü “isti izlər”lə açılıb"- DİN-in məlumatı

"Ötən gün ərzində 16 cinayətin  üstü “isti izlər”lə açılıb"-Fevralın ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub .

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.



İnform.az



Baxış sayı: 46