Elm-təhsil
11.02.2019 / 18:20

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün başa çatır2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.

DİM-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Qeyd edək ki, 11 fevral saat 17:55-ə olan məlumata əsasən, 12551 bakalavr ərizə doldurub və onlardan 12079 nəfəri öz ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 11 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.



İnform.az

Baxış sayı: 50