Dünya
11.02.2019 / 18:30

Çinlilər yaz bayramı tətilində rekord məbləğdə pul xərcləyiblər

Çinlilər yaz bayramı tətilində rekord məbləğdə pul xərcləyiblər
Çində yeni il və ya yaz festivalı ilə əlaqədar bir həftəlik bayram tətilində pərakəndə satış və iaşə xidmətində rekord məbləğdə dövriyyə qeydə alınıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyi bayram tətilində sözügedən sektorlarda ümumi dövriyyənin bir trilyon yuanı (təxminən 148,37 milyard ABŞ dolları) ötdüyünü açıqlayıb. Bu, ötən ilki göstəricidən 8,5 faiz çoxdur.

Bayram tətilində turizm sektorunda da artım qeydə alınıb. Belə ki, ölkə daxilində ötən ilkindən 7,7 faiz çox - 415 milyon turist səfəri qeydə alınıb. Turizm sektorunda dövriyyə də 8,2 faiz çoxalaraq, 76,2 milyard dollara çatıb.



İnform.az

Baxış sayı: 67