Sosial
11.02.2019 / 17:25

“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/

“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb.

"Azərsu"-nun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Binəqədi rayonunda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır.

Qeyd edək ki, bu ərazilərdə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr hesabına aparılır. Mövcud şəbəkələr su təchizatında çətinliklər yaradır. Belə ki, bu ərazilərdə tez-tez qəzalar baş verdiyindən və suyun təzyiqini artırmaq mümkün olmur. Nəticədə bəzi abonentlər normal qaydada su ala bilmir. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib.

F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçə boyu 110 mm diametrli borularla yeni 3 km su xətti çəkilir. Layihəyə əsasən. Yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Yeni çəkilmiş su xətti hər iki tərəfdən 450 mm və 630 mm diametrli magistral xətlərə qoşulacaq. Bu da həmin ərazidə suyun dairəvi hərəkətini təmin edəcək. Yeni yaradılan sistem hesabına abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq.

Xocasən qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 mm diametrli borularla 5 km uzunluğunda su xətləri çəkiləcək. Yeni şəbəkədən abunəçilərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihənin icrası sakinlərin içməli su təchizatını xeyli yaxşılaşdıracaq.

Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. layihəyə əsasən Binəqədi qəsəbəsinin I Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir.

Təxminən 300 metr məsafədə 1000 mm diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat mənşəli tullantı sularıının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.

“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/


“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/


“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/


“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/


“Azərsu” Bakıda yeni layihələrin icrasına start verdi/





İnform.az


Baxış sayı: 72