Elm-təhsil
11.02.2019 / 17:15

ATMU tələbələri beynəlxalq sertifikatlar alıblar/ Bolqarıstanda

ATMU tələbələri  beynəlxalq sertifikatlar alıblar/Bolqarıstan Respublikasının Sviştov şəhərində Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı keçirilən Beynəlxalq tələbə inşa yazı müsabiqəsində Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəs iiştirak hüququ qazanıb.

Universitetin “Marketinq” kafedrasının müdiri,i.ü.f.d.,dos.Elmira Qocayevanın İnform.az-a bildirdiyinə görə, "Mən bir iş lideri olsaydım ... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” adlı beynəlxalq elmi-praktik konfransa göndərilən məqalələrdə yerli iqtisadi və sosial mühitə uyğun inkişaf modellərindən bəhs olunub.

Qeyd edilir ki, müəyyən dəyərlər,o cümlədən insan amili idarəetmə mexanizminin təşkili və inkişafındamühüm əhəmiyyətə malikdir.

”Mən bir lider olsaydım...davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” elmi praktik konfransa təqdim olunan məqalələrdə konkret desək, rəhbərliyin məsuliyyətliinkişafı, təhsil-tədris yanaşmaları və üsullarında məqsədəuyğunyeniliklər nəzərdə tutulur.

İnşa yazı müsabiqəsinin yekun nəticələrinə əsasən müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER Konfransının münsiflər heyəti tərəfindən sertifikatlarla mükafatlandırılıb, məqalələr CD disklərində buraxılıb.


İnform.az

Baxış sayı: 104