Elm-təhsil
11.02.2019 / 15:35

Akademik Tofiq Nağıyev “Abstract accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında iştirak edəcək

25-26 fevral tarixində AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev London şəhərində keçiriləcək “Abstract accepted – 4th Annual Conference and Expo on Biomaterials” konfransında iştirak edəcək.

AMEA Rəyasət Heyətinin aparatının Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, təşkilat komitəsindən göndərilən materiala – referata yazdığı izahat və şərhlərlə konfransın işinə dəstək göstərən akademik həmçinin konfransın ilk günündəgeniş məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, akademik Tofiq Nağıyevin geniş tədqiqatlarına və təcrübəsinə əsaslanan konfransın sertifikatları alimin özünün imzası ilə təqdim ediləcək.

Məruzəçi və iştirakçılara sertifikatların verilməsi akademik T.Nağıyevə həvalə edilib.



İnform.az

Baxış sayı: 37