Mənim polisim, Hüquq
11.02.2019 / 14:15

Göyçay sakinindən heroin götürülüb

Göyçay sakinindən heroin götürülübGöyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb.

Bu barədəİnform.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.



İnform.az

Baxış sayı: 34