Dünya
11.02.2019 / 12:00

İrəvanda saxta dolları dəyişdirmək istəyən hərbçi yaxalanıb

İrəvanda saxta dolları dəyişdirmək istəyən hərbçi yaxalanıbFevralın 9-da Ermənistanın müvafiq hüquq mühafizə orqanları tərəfindən İrəvanda saxta dolları dəyişdirmək istəyən 3 nəfər saxlanılıb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər İrəvan şəhər sakinləri 31 yaşlı Tiqran Sarkisyan, 25 yaşlı Qevork Qazaryan və 32 yaşlı Hayk Mkrtçyan olub.

Məlumata görə, saxlanılan şəxslərin üzərində 2006-cı ildə saxta yolla çap edilmiş, 8 ədəd 100 dollarlıq kağız pul sikkəsi aşkarlanıb. 32 yaşlı Hayk Mkrtçyanın Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu olduğu bildirilir.



İnform.az

Baxış sayı: 41