Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, fevralın 9-10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.
XXXXXXXX
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanmışdır. İstintaq və əməliyyat tədbirləri aparılır.
XXXXXXXX
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əvvəllər məhkum olunmuş S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb
Faktla bağlı cinayət işi başlanılmışdır. İstintaq və əməliyyat tədbirləri aparılır.
İnform.az
İnform.az
Baxış sayı: 41

Digər xəbərlər:

117 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
16 yanvar / 12:15
71 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
11 yanvar / 10:45
Külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
09 yanvar / 10:55
15 kq-dan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarııb
08 yanvar / 11:20
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam edir
07 yanvar / 10:40
"Ötən gün ərzində79 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb"-
24 may / 11:30
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
14 may / 14:27
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
27 mart / 10:45
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
23 fevral / 13:01
Polis mübarizəni qətiyyətlə davam etdirir-
26 yanvar / 11:38