Elm-təhsil
11.02.2019 / 10:55

Aİİ-də 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb/ FOTO

Aİİ-də 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb/
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 7 yanvar 2019-cu il tarixdə başlayan 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb.

İnstitutda31 yanvar 2019-cu il tarixədək davam etmişsessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilib.

Aİİ-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 2018-2019-cu tədris ilinin payız imtahan sessiyası Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əmr imzalayıb.

Xatırladaq ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilib.

İmtahanlar arasında iki gündən az olmayan müddət təyin edilib, imtahana ayrılan zaman iki saat müəyyənləşdirilib.

Sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədiləyaradılmış Operativ Qərargaha daxil olan təklif və şikayətlər araşdırılıb, lazımi tədbirlər görülüb.

Məlumat olaraq bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı üçün lazımişərait yaradılıb.

Bütün bunlarla yanaşı, İnstitutunrəhbərliyi sessiya ərzində imtahan prosesinidavamlımüşahidə edib, tələbələrin onlayn müraciətlərinə baxıb və müvafiq tapşırıqlar verib.

Aİİ-də 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb/





İnform.az




Baxış sayı: 27