İqtisadiyyat, Sosial
11.02.2019 / 10:40

Əmlak Məsələləri Dövlət Komitəsi dəvət edir- KİV-in NƏZƏRİNƏ!

Əmlak Məsələləri Dövlət Komitəsi dəvət edir-
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözüilə” adlı info-turvə açıq qapı günü keçiriləcək.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd vətəndaşlara göstərilən xidmətlərin əyani olaraq nümayişi, prosedurların izah olunması, o cümlədən, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə tanışlıqdır.

Həmçinin gələn iştirakçıların Məkanda göstərilən xidmətlərlə bağlı sualları cavablandırılacaq.

İnfo-turçərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baştutan hərracın keçirilmə zalında olub prosesi canlı izləyəcəklər.
Tədbir fevralın 12-si saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Bakışəhəri, Xəlil Rza Ulutürk küçəsi, 20, Ulduz metrosunun yanı) keçiriləcək.

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə nömrəsi : 050-235-30-33



İnform.az


Baxış sayı: 28