Diaspora Akademiyası
04.02.2019 / 16:00

Boyko Borisov Bakıya gələcək

Boyko Borisov Bakıya gələcəkBolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya gələcək.

Bu barədə İnform.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Məlumata görə, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, Boyko Borisov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ötən il Nyu Yorkda keçirilən keçirilən toplantısında da iştirak edib.

Nizami Gəncəvi Beynəlxlalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndəlri ilə yaxş əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Geroge Pervanov və Roşen Pnevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının da qatılması gözlənilir.


İnform.az

Baxış sayı: 118