Dünya
04.02.2019 / 14:10

İraqda iranlı zəvvarların avtobusuna silahlı hücum nəticəsində 7 nəfər yaralanıb

İraqda iranlı zəvvarların avtobusuna silahlı hücum nəticəsində 7 nəfər yaralanıb
“İslam dövləti” terror təşkilatı silahlılarının iranlı zəvvarları İraqın Kərbəla şəhərinə aparan avtobusa silahlı hücumu nəticəsində 6 iranlı və 1 iraqlı yaralanıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, İraqın “Həşd-əl-Şahabi” çevik mühafizə qüvvələrinin məlumatına görə, avtobus İraqın mərkəzindəki Bələd şəhərində atəşə tutulub.

“Silahlı hücum İŞİD terrorçuları tərəfindən törədilib və “Həşd-əl-Şahabi” əsgərlərinin keçirdiyi əməliyyat nəticəsində onlar hadisə yerindən qaçıblar”-deyə məlumatda qeyd olunur.

Yaralı zəvvarlar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.



İnform.az

Baxış sayı: 46