Baş xəbər, Elm-təhsil
04.02.2019 / 12:40

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilən sərgi açılıb

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilən sərgi açılıbAMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Naxçıvan Muxtar Respublikası-95” adlı sərgisi açılıb.

Bu barədə İnform.az-a Bölmənin İnformasiya şöbəsindən məlumat verilib.

Sərgidə “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan tarixi”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik”, “Gümrü, Qars və Moskva müqavilələri”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Naxçıvan qədimdən günümüzə qədər”, “Naxçıvan Muxtar Respublikası-85”, “Naxçıvan Muxtar Respublikası-90”, “Muxtariyyət ərəfəsində Naxçıvan” və digər bu qəbildən olan kitablar ziyarətçilərin ixtiyarına verilib.

Həmçinin Naxçıvanın muxtariyyət tarixi ilə bağlı müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc olunan yazılar da sərgilənən materiallar arasında nümayiş etdirilir.


İnform.az

Baxış sayı: 132