Sosial
04.02.2019 / 11:10

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağıda

Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək.

Daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 04-08 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.

Sakinlər əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı müraciət edə bilər.

Sosial aksiya çərçivəsindəqeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi səyyar kampaniyalarhər kəsin mülkiyyət hüququndan rahatlıqla istifadəsinə və ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına şərait yaradır.


İnform.az

Baxış sayı: 48