Baş xəbər, Hüquq
04.02.2019 / 10:50

"Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb"-Fevralın ayının 2-dən 4-dək daxili işlər orqanlarında qeydə alınancinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 44 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 99