Siyasət
04.02.2019 / 10:40

Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı Komissiya yaradılıb

Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı  Komissiya yaradılıbFevralin 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Cəmiyyətin fəallarının və ziyalıların nümayəndələrinin də iştirak etdiyi iclasda qaçqınların sosial problemləri hərtərəfli müzakirə edilib.

Cəmiyyətin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, son zamanlar Bakı şəhərindən və bölgələrdən Cəmiyyətə daxil olan müraciətlərin çoxalması müvafiq dövlət qurumlarının qaçqınların problemlərinə illərdən bəri laqeyd münasibətinin nəticəsi kimi qiymətləndirilib.

Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlətin atdığı addımları yüksək qiymətləndirən çıxışçılar məcburi köçkünlərlə eyni faciəli taleyi yaşayan Qərbi Azərbaycan qaçqınlarının bu qayğıdan tamamilə məhrum olduğu böyük təəssüflə qeyd edilib.

Yaranmış vəziyyətin arzuolunmaz həddə çatdığını vurğulayan tədbir iştirakçıları qaçqınların sosial problemlərinin monitorinqini keçirmək məqsədilə konkret addımlar atılmasının zəruriliyi qərarına gəliblər.

Tədbirin sonunda qaçqınların problemlərini araşdırmaq məqsədilə doqquz nəfərdən ibarət Komissiya yaradılıb. Komissiyanın tərkibinə AQC rəhbərliyi, qaçqınların nümayəndələri və ziyalılar daxil ediliblər.

Komissiyaya qaçqınların problemlərinin real vəziyyəti ilə bağlı geniş hesabat hazırlamaq tapşırılıb. İlk addım olaraq Komissiya Qərbi Azərbaycan qaçqınlarına Müraciət qəbul edilib.



İnform.az

Baxış sayı: 117