Hüquq
04.02.2019 / 10:30

Maarifləndirmə tədbiləri davam edir- “Narkomaniyaya yox deyək” /Foto

Maarifləndirmə tədbiləri davam edir-
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Siyakü kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Inform.az-a verilən məlumata görə, görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, rayon mərkəzi xəstəxanasının həkim-narkoloqu Oqtay Əmənullayev iştirak ediblər.

Çıxış edən RPŞ-nin rəisi Azər Cahangirov bildirdi ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Lakin təəssüf ki, narkomaniyaya meyl edən yeniyetmə və gənclərə də təsadüf etmək olur. Odur ki, məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.

Şöbə rəisi həmçinin bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Sonra çıxış edən Rayon icra hakimiyyətinin nümayəndəsi Fikrət Talıbov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov, rayon mərkəzi xəstəxanasının həkim-narkoloqu Oqtay Əmənullayev və digərləri polis əməkdaşları tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirdilər, öz təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Qeyd etdilər ki, yeniyetmə və gənclərlə keçirilən bu cür görüşlər isə onlarda bu bəlanın səbəb olduğu fəsadlar barədə, acı nəticələri haqqından geniş təsəvvür yaradacaq, gələcəkdə zərərli vərdişlərə qarşı daha diqqətli olmalarına, narkotik vasitələrə yaxın durmamalarına səbəb olacaq.

Maarifləndirmə tədbiləri davam edir-


Maarifləndirmə tədbiləri davam edir-





Inform.az

Baxış sayı: 47