Baş xəbər, Siyasət
04.02.2019 / 10:15

Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub- Lənkəranda/Foto

Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub-
Fevralın 2-də Lənkəran şəhərində yerləşən H.Əliyev adına Mərkəzdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Lənkəran Şəhər İcra Hakimiyyəti və "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda tədbir keçirilib.

İnform.az
-ın məlumatına görə,tədbirdən əvvəl rayonun İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Qonaqlar Mərkəzdə fəaliyyət göstərən müzeydə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Dövlət himni ilə davam edən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış nitdqində yarandığı tarixdən bu günə kimi böyük və keşməkeşli yollar keçən Azərbaycanın təhlükəsizlik orqanlarının inkişaf prosesində, eləcə də bu sistenmin milliləşdirilməsi sahəsində öz intelektual səviyyəsi, işgüzarlığı və təşkilat bacarığı ilə yorulmadan çalışan ulu öndər Heydər Əliyevin danılmaz, misilsiz xidmətləri barədə geniş məlumat verib.

O, dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli qurumlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə olduğunu qeyd edib.

Daha sonra "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev 100 yaşı tamam olan Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətindən danışaraq, Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolun olduğunu bildirib:

"Xüsusi xidmət orqanlarına xidmətə gələn Heydər Əliyev Azərbaycan SSR xüsusi xidmət orqanlarının milliləşməsinə çalışıb. Heydər Əliyevin əsas məqsədi bu orqanın milliləşməsi olub. Bilirsiniz ki, həmin vaxt repressiya dövrü idi və yüzlərlə Azərbaycanın tanınmış alimləri, elm xadimləri, yaradıcı qüvvələri bu dövrün repressiya qurbanları olublar.
Hüseyn Cavid, Əhməd Cavad, Ayna Sultanova, Ruhulla Axundov və digər ziyalılarımız repressiya zamanı güllələniblər. Tarixi faktlar göstərir ki, həmin şəxslərə ölüm hökmünün çıxarılmasında o vaxt orada işləyən ermənilərin xüsusi rolu olub. Onların həmişə əsas məqsədləri Azərbaycan ziyalılarını məhv etmək, Azərbaycanın inkafına ziyan vurmaq olub."

Daha sonra Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyət dövrünü 3 mərhələyə- Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Azərbaycan SSR dövrü və Azərbaycanın müstəqillik dövrünə bölündüyünü vurğulayan natiq, Azərbaycan xüsusi xidmət orqanlarının SSRİ dövrü və müstəqillik dövrlərindəki inkişafında Heydər Əliyevin əvəzsiz rolunun olduğunu, Azərbaycan xüsusi xidmət orqanlarının bu gün də fəaliyyətinini yüksək səviyyədə davam etdirdiyini diqqətə çatdırıb.

Daha sonra Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış edərək Heydər Əliyevin edilən bütün təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərməsindən danışıb,təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı rolundan bəhs ediblər.

Tədbirin sonunda Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinə həsr olunan film nümayiş olunub.

Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub-


Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub-


Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub-


Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub-


Təhlükəsizlik orqanlarının 100 illiyi təntənəylə qeyd olunub-




İnform.az

Baxış sayı: 218