Baş xəbər, Mədəniyyət
04.02.2019 / 10:20

Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edilib/ FOTO

Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edilib/
Azərbaycan “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirakını uğurla davam etdirir.

Sərginin 3-cü günü təşkilatçılar tərəfindən Azərbaycan stendi “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 31 yanvar-3 fevral tarixlərində İstanbulda keçirilən “EMİTT 2019” sərgisində iştirak edən ölkəmizin stendinə yerli türk turizm şirkətləri, digər ölkələrin turizm şirkətləri və ziyarətçilər tərəfindən böyük maraq göstərilir.

Agentliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir.

Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edilib/


Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edilib/





İnform.az

Baxış sayı: 34