Elm-təhsil
04.02.2019 / 10:25

ADAU-nun rektoru Aqrar İnkişaf Könüllüləri ilə görüşüb/ FOTO

Ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyan, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış Aqrar İnkişaf Könüllülərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq işlər görülməkdədir.

Bu məqsədlə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov növbəti dəfə könüllü tələbələrin bir qrupu ilə görüşüb.

Bu barədə İnform.az-a Univeristetin tədris işləri üzrə prorektoru, i.f.d, dosent Anar Hətəmov məlumat verib.

Onun sözlərinə görə, ADAU Aqrar İnkişaf Könüllülərinin rəhbəri Valeh Əsədov çıxış edərək yaradılan şəraitə, o cümlədən könüllülər üçün otağın ayrılmasına, aktiv könüllülərə büdcədənkənar vəsait hesabına əlavə təqaüdün verilməsinə görə rektora təşəkkürünü bildirməklə, həyata keçirilən layihələr, fəaliyyət sahələri və istiqamətləri barədə danışıb.

Rektor tələbələrə fəaliyyətin daha da genişləndirilməsi üçün tövsiyə və tapşırıqlarını vermiş, aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə vermək kimi missiyanın həyata keçirilməsi üçün könüllü tələbələrə həmişə hərtərəfli dəstək olmağa hazır olduğunu bildirib.

ADAU-nun rektoru Aqrar İnkişaf Könüllüləri ilə görüşüb/


ADAU-nun rektoru Aqrar İnkişaf Könüllüləri ilə görüşüb/



İnform.az

Baxış sayı: 36