Hüquq
01.02.2019 / 12:45

İki rayonda silah-sursat aşkarlanıb

Daxil olan məlumat əsasında Şəki şəhərinin Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılıb.

Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XXXXXXX

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının Sığırlı kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılıb.

Onlardan 4 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 49