Elm-təhsil
01.02.2019 / 12:30

NDU-da ixtisasartırma kursu təşkil olunub/ FOTO

NDU-da ixtisasartırma kursu təşkil olunub/
Naxçıvan Dövlət Üniversitində fizika, kimya və biologiya fənnlərini tədris edən müəllimlər üçün ixtisasartırma kursu təşkil olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovuniversitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə seminarların gələcəkdə daha mütəşəkkil təşkili, əməkdaşlığın daha sıx davamı baxımından əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisinin inkişafına, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsinə, şagirdlərin bu sahədəki bilik və qabiliyyətlərinin artırılmasına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Nəzərə çatdırılıb ki, muxtar respublikanınməktəblərinin demək olar ki hamısı müasir laboratoriyalarla təchiz olunub və dərs prosesi zamanı laboratoriyaların istifadə qaydaları şagirdlərə izah olunur.

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 4 günlük təşkil olunan kursda hər ixtisasdan 20 nəfər olmaqla ümumilikdə 60 nəfər müəllim iştirak edib.

Müəllimlərə universitetin müəllimləri kimya üzrə fəlsəfə doktoru, dosentŞəmil Mahmudov, fizika üzrə fəlsəfə doktoru, dosentƏli Babayev, biologiya üzrə fəlsəfə doktoru, dosent DaşqınQənbərov seminar keçiblər. Eyni zamanda universitetdə mövcud olan laboratoriya və fənn kabinələrinin istifadə qaydalarından da bəhs edilib.

Kursun sonuncu günü iştirakçılara sertifikat təqdim olunub.

Sertifikat alan müəllimələrdən Şahbuz rayonu Nursu kənd orta məktəbində fizika fənnini tədris edənLalə Zeynalova və Babək rayonu Xəlilli kənd orta məktəbində kimya fənnini tədris edən Lamiyə Əliyeva yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

NDU-da ixtisasartırma kursu təşkil olunub/



İnform.az

Baxış sayı: 125