Baş xəbər, Hüquq
01.02.2019 / 11:15

Ünvanlar ayrı, cinayət eyni...

Ünvanlar ayrı, cinayət eyni...Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan R.Əkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülüb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb.

Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

XXXXXXX

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Kurqaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Elşən Ağabəyov saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 460 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az


Baxış sayı: 65