Hüquq
01.02.2019 / 10:40

Polis narkotiklərlə mübarizəni davam etdirir

Polis narkotiklərlə mübarizəni davam etdirirNəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.




İnform.az


Baxış sayı: 69