Hərbi
31.01.2019 / 17:30

Sumqayıtda 2 ədəd top mərmisi aşkarlanıb- FOTO

Sumqayıtda 2 ədəd top mərmisi aşkarlanıb-
Bu gün saat 13:34-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən xəbəə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə K.Kərimov küçəsinə baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 125 mm-lik OF-26) aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 3,000 kv.m əraziyə yerüstü, 2,000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Sumqayıtda 2 ədəd top mərmisi aşkarlanıb-


Sumqayıtda 2 ədəd top mərmisi aşkarlanıb-


Sumqayıtda 2 ədəd top mərmisi aşkarlanıb-


Sumqayıtda 2 ədəd top mərmisi aşkarlanıb-




İnform.az


Baxış sayı: 59