İqtisadiyyat
31.01.2019 / 17:15

Regionlarda xanımlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb/ FOTO

Regionlarda xanımlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb/
Təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində 2 ay müddətində davam edən təlim proqramına müvəffəqiyyətlə başa çatıb.

İnform.az-ın xəbərinə görə, Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan qadınlara sosial sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, emosional zəka, şəxsi inkişaf və s. modullar üzrə təlim sessiyaları təşkil olunub.

Təlimi uğurla başa çatdıran xanımlar sosial sahibkarlıq üzrə biznes ideyalarını hazırlayaraq münsiflərə təqdim ediblər.

Uğurlu namizədlər ikinci mərhələdə öz fəaliyyətlərini mentorlarla davam etdirəcəklər.

Regionlarda xanımlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb/


Regionlarda xanımlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb/




İnform.az

Baxış sayı: 144