Din
31.01.2019 / 16:15

“Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib/ FOTO

 “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib/
Yanvarın 29-da Lerik rayonu Vizəzəmin kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunundəstəyi və Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Mondigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şöbədən İnform.az-a verilən məllumata görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasının önəmini qeyd edib. Natiq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Mondigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev və digərləri çıxışlarında milli-mənəvi dəyərlərimizin və İslam həmrəyliyinin təbliğ edilməsinin vacibliyi ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib/


 “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib/


 “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib/




İnform.az




İnform.az

Baxış sayı: 109