Hüquq
31.01.2019 / 16:00

Aptekdə qanunsuz psixotrop tərkibli dərman satan qadın saxlanıldı

Aptekdə qanunsuz psixotrop tərkibli dərman satan qadın saxlanıldıZaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 53