Hüquq
31.01.2019 / 12:45

Dərman preparatlarını avtomobilin mühərrikində gizlətdi, amma yaxalandı

Dərman preparatlarını avtomobilin mühərrikində gizlətdi, amma yaxalandıQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılan, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə,Sorğu-sual vaxtı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsədə, gömrük baxışı zamanı avtomobilin mühərrikinin arxa hissəsində gizlədilən, üzərində "Adrenalin" yazısı olan 1490 ədəd ampula aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az


Baxış sayı: 195