Elm-təhsil
31.01.2019 / 12:40

UNEC-in növbəti beynəlxalq uğuru

UNEC-in növbəti beynəlxalq uğuruBeynəlxalq reytinq agentliyi Webometrics-in cari ilin yanvar ayında açıqladığı “Google Akademik istinadlarına görə ən yaxşı universitetlər” (TRANSPARENT RANKING: Top Universities by Google Scholar Citations) reytinqində UNEC Azərbaycan universitetləri arasında lider olub.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 3893 dəfə istinad edilib.

Reytinq sıralamasında UNEC bir sıra Amerika (Northwest Missouri State University”, “West Virginia State University”, “University of South Carolina Aiken”, “Western State Colorado University” və s.) və Avropa (Turku University of Applied Sciences”, “Universidad Europea del Atlántico”, “Institut National Universitaire Jean François Champollion”, “Università San Raffaele” və s.) universitetlərini qabaqlayıb.

Xatırladaq ki, UNEC bu reytinq sıralamasında 2018-ci ildə də Azərbaycan universitetləri arasında lider olub.


İnform.az

Baxış sayı: 255