Hüquq
31.01.2019 / 12:20

Gürcüstandan gələn avtomobildə siqaretlər aşkar edilib

Gürcüstandan gələn avtomobildə siqaretlər aşkar edilibQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz E 220 CDI" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə,Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarında gizlədilmiş 3400 ədəd "Marlboro Gold" və 200 ədəd "Malimbo" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 225