Hüquq
31.01.2019 / 11:50

Xeyli sayda parfümeriya vasitələri aşkarlanıb

Xeyli sayda parfümeriya vasitələri aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz Travego" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacaqlarının arxasında və oturacaqların yuxarı hissəsində yük qoymaq üçün istifadə olunan yerlərdən gömrük orqanına bəyan olunmayan 206 ədəd müxtəlif adda parfümeriya vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az


Baxış sayı: 244