Hüquq
31.01.2019 / 11:55

Maşından oğurluq edən şəxs yaxalandı

Maşından  oğurluq edən şəxs yaxalandıSumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini S.Şamilov yanvarın 30-na keçən gecə 52-ci məhəllədə “Hyundai” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə sənəd və bankomat kartlarının oğurlandığını bildirib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan T.Cabbarov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 27-də “Opel” markalı digər avtomlobildən monitor və videoqeydiyyat qurğusu, həmçinin 1 evdən 100 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 185