Hüquq
31.01.2019 / 11:40

Keçmiş məhkumdan heroin götürülüb

Keçmiş məhkumdan heroin götürülübBinəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 264