Din
31.01.2019 / 10:35

2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib/ FOTO

2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib/
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin bölgə qazisi Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan QMİ-nin bölgə qazisi Qəni Axundzadə çıxışında dövlətin dinə qayğısından danışaraq ölkəmizdə müxtəlif dinlərin, xalqların və məzhəblərin nümayəndələrinin sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dövlət-din münasibətlərinin, İslam həmrəyliyinin mükəmməl Azərbaycan modeli haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Q.Məmmədov xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Azərbaycanın öz multikultural, tolerant yaşam tərzi və zəngin milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib/


2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib/


2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib/




İnform.az


Baxış sayı: 72