Baş xəbər, Dünya
31.01.2019 / 02:30

Çinlilərə hücum: ABŞ xəfiyyəsi yaralandı

Çinlilərə hücum:
Vaşinqtonda, Ağ Ev yaxınlığında naməlum şəxs çinli rəsmilərin olduğu kortejə hücum etməyə cəhd göstərib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı ABŞ məxfi xidmətinin əməkdaşı xəsarət alıb.

“Çərşənbə günü, 30 yanvarda polis baryerini keçərək zabitə xəsarət yetirən şəxs ABŞ məxfi xidmətinin əməkdaşları tərəfindən yaxalanıb”, - deyə bildirilib.

Məlumatda sözügedən şübhəli şəxsin çinli rəsmilərin olduğu kortejin hərəkətini dayandırmaq və böyük ehtimalla onlara hücum etmək istədiyi ifadə olunub.



İnform.az

Baxış sayı: 155