Hadisə
31.01.2019 / 02:00

Yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib- Hacıqabulda/Foto

Yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib-
Hacıqabul rayonunda yırtıcı heyvan yerli sakinə hücum edib.

İnform.az-ın "Report"-a istinadən veridyi xəbərə görə,hadisə Ağacanlı kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyev Mətləb Məhəmmədəli oğlu qoyun otararkən qoyun sürüsü çaqqalın hücumuna məruz qalıb.

Qoyunlarını vəhşi çaqqalın hücumundan qorumaq istəyən 68 yaşlı kənd sakininin özü də çaqqalın hücumuna tuş gəlib. O, çaqqalı öldürsə də, yırtıcı heyvan M.Mirzəyevin barmağını qoparıb və ayağını yaralayıb.

Yaralı kənd sakininə həkimlər yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub.

Yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib-


Yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib-


Yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib-




İnform.az

Baxış sayı: 235